Taksi sürücüsünə bıçaq çəkib pulunu aldı
31 İyul 2024 15:59 HadisəSumqayıtda taksi sürücüsü qarət olunub.
Daxili İşlər Nazirliyindən Olaylar-a verilən xəbərə görə, iyulun 28-də Təzə Corat qəsəbəsi ərazisində "Opel" markalı avtomobildə olan sərnişinin sürücünü kəsici alətlə hədələyərək 45 manatını talaması barədə polisə məlumat daxil olub.
Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Azər Əbuzərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31