Naxçıvanda yanğın hadisələri baş verib
30 İyul 2024 20:59 HadisəNaxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" Qaynar telefon xəttinə Babək rayonunun Aşağı Uzunoba, Kalbaoruc Dizə kəndlərində otlaq, Şahbuz rayonunun Kolanı kəndində isə yol kənarında quru otlaq sahələrində yanğınların baş verməsi barədə məlumatlar daxil olub.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatlarla əlaqədar dərhal Babək və Şahbuz Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunub.
Yanğınlar söndürülərək daha geniş sahələrə yayılmasının qarşısı alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31