Biləsuvarda faciə: FHN-in əməkdaşı öldü

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Olaylar.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu hündürlükdən yıxılıb.

İlkin məlumata görə, hadisə xidməti vəzifəsinin icrası zamanı baş verib.

Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məsələ ilə bağlı FHN-dən sorğumuza cavab olaraq bildirildi ki, mərhum Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müqavilə əsasında cəlb olunduğu mütəxəssis olub.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31