Polisdən “Xaş-xaş-2024” ƏMƏLİYYATI: 4 tondan çox...

Şəkidə 4 tondan artıq çətənə kolu məhv edilib.

Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2024" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Aşağı Daşağıl kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 4 ton 370 kiloqram olan çətənə kolu yandırılaraq məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31