Ağadadaş Ağayevi döyən mühafizəçi saxlanıldı
23 İyul 2024 15:34 HadisəXalq artisti Ağadadaş Ağayevi döyən "Medera" xəstəxanasının mühafizəçisi saxlanılıb.
Olaylar xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, xalq artisti, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən, az öncə isə qulağından əməliyyat olunan 68 yaşlı Ağadadaş Ağayev bu gün səhər saatlarında özünü pis hiss etdiyi üçün "Medera" klinikasının mühafizəçisindən evinə həkim göndərməsini xahiş edib. Mühafizəçi isə həkim çağırmaqdan imtina edib və mübahisə yaranıb. Daha sonra əlbəyaxa dava olub və mühafizəçi Ağadadaş Ağayevi qəddarcasına döyüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31