Azad olunan ərazilərdə ötən həftə zərərsizləşdirilən mina sayı AÇIQLANDI
22 İyul 2024 15:28 HadisəAzad olunan ərazilərdə iyulun 15-21-də 67 tank əleyhinə mina, 37 piyada əleyhinə mina, 181 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Olaylar.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1673.7 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) həyata keçirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31