Füzulidə azad edilən ərazidə yanğın - 2 helikopter cəlb olundu - VİDEO
19 İyul 2024 15:33 HadisəFHN-in "112" qaynar telefon xəttinə Füzuli rayonunun Seyidəhmədli, Aşağı və Yuxarı Əbdürəhmanlı, Kürdlər və Qorqan kəndləri istiqamətində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Olaylar.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31