Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA

Azərbaycan-Gürcüstan sərhədində 4.8 maqnitudalı zəlzələ olub.

Olaylar xəbər verir ki, hadisə ilə bağlı Trend-ə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, Azərbaycanda hər gün zəif yeraltı təkanlar olur və bu təbii prosesdir.

"Ölkəmizdə qeydə alınan zəlzələlərin çoxu hiss edilmir. Qorxulu nəsə yoxdur Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilmir", - deyə Q.Yetirmişli əlavə edib.

Qeyd edək ki, bu gün səhər saatlarında Zaqatala seysmik stansiyasından 61 km cənub-qərbdə, Gürcüstan Respublikası ərazisində 5 km dərinlikdə 4.8 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4.8 bal, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31