Aşura günü toy etdilər, 21 nəfər xəstəxanaya düşdü
17 İyul 2024 11:08 HadisəŞamaxı rayonunda kütləvi zəhərlənmə olub.
Şamaxı rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, hadisə rayonun Məlikçobanlı kəndində keçirilən toy mərasimində baş verib. Toyda iştirak edən 21 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra, vəziyyətləri normal olduğu üçün ambulator müalicəyə - evə buraxılıblar.
İlkin ehtimallara görə, zəhərlənməyə səbəb toyda verilən salat olub. (Mətbuat.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31