Masallıda körpə doğuş zaman öldü
16 İyul 2024 12:43 HadisəMasallıda körpə ölümü qeydə alınıb.
Olaylar bildirir ki, Masallı rayonunun Böyük Təklə kənd sakini 2007 - ci il təvəllüdlü Səfurə Elvin qızı Qubadova doğuş üçün Masallı rayon mərkəzi xəstəxanasının ginekologiya və doğum şöbəsinə müraciət edib. Ananın müayinəsi aparılıb və Lənkəran regional Perinatal mərkəzə göndərilib. Lənkəranda bildiriblər ki, doğuş təbii yolla olmalıdır və Lənkəranda qalmağı məsləhət görülüb. Özünü yaxşı hiss etdiyini deyən ana yenidən Masallıya qaytarılıb. Bu səhər ağrıları olan S. Qubadova doğuşa götürülüb. Doğuş zamanı çəkisi 2,8 kq olan ölmüş qız uşağı dünyaya gəlib.
Yaxınları bildirir ki, uşağın ölümünə səbəb həkim səhlənkarlığıdır.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31