Hərbidən qayıtdı, qardaşının dənizdə batdığını dedilər - VİDEO
16 İyul 2024 11:18 Hadisə17 yaşlı Məhəmməd Nəsirov iki gün öncə axşam 19:00 radələrində Bilgəh çimərliyində batıb.
Məhəmmədin qardaşı hadisəni tərxis olub evə qayıtdığı gün öyrənib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, onun axtarışları davam edir. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
"Batdığı ehtimal olunan şəxsin axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 1 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31