Faciəvi şəkildə ölən Kamalın FOTOsu

Sumqayıt şəhərinin Corat qəsəbəsində dənizdə batan Kamal Mirzə oğlu Nəbiyevin ölümü ilə bağlı bəzi detallar məlum olub.

Olaylar xəbər verir ki, hadisə şahidinin sözlərinə görə, sözügedən ərazidə eyni vaxtda üç nəfər batıb:

"Burada çimirdik, gördük ki, o tərəfdə hadisə baş verib, adamlar çoxalıb. Yaxınlaşdıq, dedilər ki, üç nəfər batıb, ikisini çıxarıblar, biri hələ də sudadır. On beş-iyirmi dəqiqə axtarışlardan sonra onu da sudan çıxardılar".

Qeyd edək ki, K.Nəbiyəv qadağan olunmuş ərazidə çimərkən batıb.

Faktla bağlı araşdırma aparılır. (metbuat.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31