Bakıda şəkər xəstəsi insulindən öldü
15 İyul 2024 20:30 HadisəBakıda şəkər xəstəsi insulindən ölüb.
Olaylar.az lent.az-a istinadən bildirir ki, hadisə Yeni Günəşli qəsəbəsində qeydə alınıb.
Böyrək çatışmazlığı və şəkər xəstəliyindən əziyyət çəkən, 63 yaşlı Esmira Əliyeva yaşadığı evdə özünə yüksək dozada insulin iynəsi vurub.
Vəziyyəti qəfil pisləşən xəstə dərhal xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31