Bakıda 13 yaşlı uşaq binadan yıxıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında 1 nəfər vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Olaylar.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2009-cu il təvəllüdlü vətəndaş ehtiyatsızlıqdan beşmərtəbəli binanın 3-cü mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb 1-ci mərtəbənin eyvanının artırma hissəsinin beton örtüyünün üzərinə düşərək köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xilasetmə vasitələrindən istifadə etməklə vətəndaşı aşağı düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31