İtkin düşmüş Ka-27 helikopterinin qalıqları tapılıb

Göyərtədə 3 nəfərin olduğu ehtimal edilir

Olaylar.az TASS-a istinadən xəbər verir ki,   sentyabrın 24-ü səhər saatlarında Rusiyanın Kamçatka bölgəsində itən Ka-27 helikopterinin  qalıqları Ostraya dağının yamacında tapılıb.

"Helikopterin qalıqları Ostraya dağının yamacında tapılıb. Yaralılar və ya ölənlər haqqında məlumat yoxdur", - mənbə TASS -a bildirib.

Məlumata görə, helikopter qəzası dəniz səviyyəsindən təxminən 950 metr yüksəklikdə tapılıb.

Aviasiya xidmətindən TASS-a verilən məlumatda  bildirib ki, Ka-27 vertolyotu Ostraya dağı yaxınlığında çətin eniş edib. Göyərtədə 3 nəfərin olduğu ehtimal edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31