Azərbaycanda həkim ər-arvad COVID-19-a yoluxdu - Qadın öldü - FOTO
21 Sentyabr 2021 16:35 HadisəOlaylar.az xəbər verir ki, Azərbaycanda daha bir həkim COVID-19 infeksiyasının qurbanı olub, bu barədə anews.az-a Lənkəran Mərkəzi xəstəxanasından məlumat verilib.
Məlumata görə həkim-otorinolarinqoloqu Şəlalə Əmənullayev 55 yaşında müalicə aldığı Masallı xəstəxanasında dünyasını dəyişib.
Şəlalə Əmənullayevə 1997-ci ildən LOR həkimi kimi çalışıb. O, Lənkəran Tibb Kollecinin direktoru, uşaq cərrahı İqbal Əmənullayevin həyat yoldaşı olub.
İqbal Əmənullayev də COVİD-19-a yoluxub. Lakin o müalicə alaraq sağalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31