"Əsl Tarzan" xərçəng xəstəliyindən öldü

40 ildir Vyetnam meşələrində yaşayan, "Əsl Tarzan" adlandırılan Ho Van Lang, müasir həyata qayıtdıqdan sonra tutulduğu xərçəng xəstəliyinə qalib gələ bilməyərək, dünyasını dəyişdi. Lang 8 ildir ki, müasir şəraitdə yaşayırdı.Olaylar.az xarici KİV-ə istinadən xəbər verir: 

1972 -ci ildə ABŞ və Vyetnam arasındakı müharibə zamanı ailəsinin yarısını itirdikdən sonra meşəyə qaçan Ho Van Lang, 40 il meşədə yaşadıqdan sonra 8 il əvvəl müasir həyata qayıtdı. Tra Bong bölgəsi olaraq bilinən bir meşədə 40 il atası ilə yaşayan Lang, 2013 -cü ildə bölgədəki bir kənddə məskunlaşdı. Lang müasir həyata qayıtdıqdan 8 il sonra xərçəng xəstəliyi ilə mübarizə apara bilməyib öldü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31