Rusiyanın fövqəladə hallar naziri təlim zamanı həlak olub
8 Sentyabr 2021 14:52 HadisəRusiyanın fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçev vəfat edib.Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.
Bildirilib ki, nazir xidməti vəzifəsini yerinə yetirərkən ölüb.
O, Norilskdə keçirilən idarələrarası təlimlərdə bir insanın həyatını xilas edən zaman baş verən bədbəxt hadisə nəticəsində həlak olub.
Qeyd edək ki, 55 yaşlı Y.Ziniçev 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31