Qəzza danışıqlarına gedən Qətər nümayəndə heyəti qəzaya düşdü – Ölənlər var

Misirin Şarm əl-Şeyx şəhərindən təxminən 50 kilometr məsafədə Qətər nümayəndə heyətini daşıyan avtomobil qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, nümayəndə heyəti Qəzza üzrə sülh danışıqlarına yollanırmış. Qəza nəticəsində üç nümayəndə heyəti üzvü həlak olub, iki nəfər isə yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım və polis qüvvələri cəlb edilib. Misir hakimiyyəti qəzanın səbəblərini araşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31