İran rejimi İsrailin gücünü real şəkildə gördü - ÖZƏL
30 Yanvar 2023 11:50 Güney"Görünən odur ki, İran rejimi ciddi şəkildə qorxub. Böyük ehtimalla, yeraltı raket bazasının vurulması şaiyələri doğrudur". Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politioloq Azər Qasımov səsləndirib. O bildirib ki, İran rejimi hücumun ciddiliyini anlayıb: "Başa düşüb ki, hansısa bir adekvat cavab tədbiri nəticəsində daha da güclü hücumlar ola bilər. Ona görə də susmağı üstün tutub".
Azər Qasımov hesab edir ki, İran rejimi bu günə kimi asıb-kəsdiyi İsrailin gücünü real şəkildə gördü:
"Bununla yanaşı, həmişə kənar hücumların ölkə daxilində də aqressiya ilə qarşılanacağı və daxili narazılıqları unudub, xarici düşmənə qarşı birləşəcəyini hesab etdiyi İran xalqı bu dəfə hücumları sevinclə qarşıladı, rejimə qarşı şüarlar səsləndirdi. Bu da rejimə bir siqnal oldu. Odur ki, İran rejiminin sakit dayanmaqdan başqa yolunun olmadığı qənaətindəyəm"