Yaxın Şərqin yenidən qan gölünə çevrilmə risqi artır - ÖZƏL
30 Yanvar 2023 10:45 Güney"İsrail Hərbi Hava Qüvvələri pilotsuz uçuş aparatları və F-35 təyyarələri vasitəsilə İranın hava məkanına daxil olaraq hərbi infrastruktura aviazərbələr endirib, həmçinin SEPAH terror təşkilatına məxsus obyektlərə də zərbələr endirilib. Səbəb isə ondan ibarətdir ki, molla rejiminin dəstəyi ilə yaradılmış terrorçu, ekstremist qüvvələr Yerusəlim şəhərinə terror hücumları təşkil edir və bu zərbələr həmin hücumlara cavab xarakteri daşıyır. Hadisələrin gedişatı bizə onu deməyə əsas verir ki, çox da uzaq olmayan gələcəkdə Yaxın Şərqin yenidən qan gölünə çevrilmə risqi artır.
Bu fikirləri "OLAYLAR"-a Ana Vətən Partiyasının sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O deyib ki, İran- İsrail müharibəsi təkcə bu iki dövlətin iştirakı ilə yekunlaşacaq bir proses olmayacaq: "Çünki İsraillə yanaşı İrana düşmən olan digər bir güc ABŞ-dır və heç şübhəsiz ki, hər hansı bir genişmiqyaslı hərbi əməliyyatlarda bu iki ölkə birgə şəkildə əməliyyatlar icra edəcək. Artıq ABŞ və İsrail bir müddətdir mümkün görünən müharibəyə hazırlıq məqsədilə genişmiqyaslı hərbi təlimlər keçirir".