İranda zəlzələdə yaralananların sayı 800-ə çatdı
29 Yanvar 2023 12:35 Güneyİranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 800 nəfərə çatıb.
Olaylar.az sfera-ya istinadən xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ nəticəsində 2 nəfər ölüb, 660-dan çox isə yaralanıb. Qızıl Aypara Cəmiyyəti lazım gələrsə, zəlzələdən zərər çəkmiş ərazilərə texnika və işçi qüvvəsi göndərməyə hazır olduğunu bildirib.
Bildirilib ki, şəhərə dəyən ziyanın qiymətləndirilməsi üçün əraziyə işçi qrupu cəlb edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31