Ölkəmizdə energetika sahəsinə yaxşı sərmayə mühiti mövcuddur- ÖZƏL
28 İyun 14:45 Energetika"Cari ilin 21 iyun tarixində Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycanın yaşıl gündəliyini nümayiş etdirən 29-cu Beynəlxalq Neft və Qaz - "Caspian Oil & Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji -"Caspian Power" sərgiləri keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgi zamanı "Euronews" televiziyasına verdiyi müsahibədə ölkəmizin enerji siyasəti ilə bağlı mühüm məqamlara toxunub". "Olaylar" xəbər verir ki, bunu YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova deyib: "Dövlətimizin başçısı müsahibəsində "Masdar"ın bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımız olduğunu deyib. Qeyd edib ki, "Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş və külək enerjisi stansiyalarının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan üç Günəş və külək stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 giqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var".
Bu sahədə Azərbaycan olduqca böyük işlər görür. Xarici ölkələri, şirkətləri özünə cəlb edir. Odur ki, ölkəmizdə energetika sahəsinə yaxşı sərmayə mühiti mövcuddur. Bütün bunlar göstərir ki, respublikamız ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir.
Azərbaycan COP29-a ev sahibliyi edir, odur ki, Azərbaycanın yaşıl enerjiyə keçid prosesində üzərinə çox böyük öhdəlik və məsuliyyət düşür. Respublikamız eyni zamanda bu səbəbdən də öndəgedənlərdən olmalıdır".
Alim Hüseynli
Olaylar.az