CQD və "yaşıl enerji" üzrə iclaslarda məhsuldar müzakirələr aparılıb - Nazir

Martın 1-də Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurasının 10-cu iclası və "yaşıl enerji" üzrə ikinci iclasda məhsuldar müzakirələr aparılıb.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

"Bu il bu iclaslar yüksək səviyyəli iştirakçıların geniş tərkibi, regional enerji təhlükəsizliyini təmin edən layihələrimiz böyük maraqla yadda qalıb", - deyə məlumatda deyilir.

Nazirin sözlərinə görə, enerji keçidi və enerji tərəfdaşlığının möhkəmləndirilməsi üzrə səmərəli müzakirələr aparılıb.

"Məşvərət Şurası çərçivəsində görüşlər "yaşıl artım" təşəbbüslərimizə və ekoloji təmiz mənbələr vasitəsilə Avropanın enerji təchizatının şaxələndirilməsinə imkan yaradıb", - deyə nazir paylaşımda bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31