STAR NEZ maye karbohidrogen qazı istehsalını azaldıb
29 Dekabr 2023 21:26 EnergetikaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu (NEZ) 2023-cü ilin oktyabr ayında 14 min 310 ton maye karbohidrogen qazı (LPG) istehsal edib. 2022-ci ilin həmin ayında isə bu göstərici 14 min 943 ton olub.
Olaylar.az xəbər verir ki, Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadən xəbər verir ki, NEZ-də maye karbohidrogen qazının istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 4,2 faiz azalıb.
Xatırladaq ki, investisiya dəyəri 6,3 milyard olan STAR neft emalı zavodu 2018-ci ilin oktyabrında istismara verilib. Layihənin dəyərinin təqribən 3,3 milyard dolları kreditlərin hesabına qarşılanıb. STAR zavodunun investisiyalarının ümumi həcminin yeddi milyard dollar təşkil edəcəyi gözlənilir.
STAR neft emalı zavodunun illik emal gücü təqribən 10 milyon ton təşkil edir. Zavod gündəlik 214 min barel xam neft emal etmək qabiliyyətinə malikdir.
SOCAR Türkiye 2024-cü ildə STAR NEZ-in fəaliyyətini texniki qulluq məqsədilə dayandırmağı planlaşdırır. NEZ-in fəaliyyəti istismara verildikdən sonra ilk dəfə dayandırılacaq. İlk növbədə planlı təmir işləri aparılacaq. Bu gün görülən tədbirlər nəticəsində NEZ-in fəaliyyətinin təmir məqsədilə dayandırılmasının dövriliyini dörd ildən beş ilədək artırmaq planlaşdırılır ki, bu da 40 milyon ABŞ dollarınadək qənaət etməyə imkan verəcək.