Azərbaycandan qaz tədarüklərinin artması Aİ-də qiymətlərin yüksəlməsinin qarşısını aldı - Avropa Komissarı

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Azərbaycandan qaz tədarüklərinin artması Aİ-də qiymətlərin daha da yüksəlməsinin qarşısını aldı.

Olaylar.az Avropa İttifaqının (Aİ) sənədlərinə istinadən xəbər verir ki, bunu maliyyə xidmətləri, maliyyə sabitliyi və kapital bazarları üzrə Avropa komissarı Meyrid Makqinnes deyib.

O, 18 iyul 2022-ci ildə Azərbaycanla imzalanmış enerji əməkdaşlığına dair Anlaşma Memorandumunun Aİ-nin öz enerji mənbələrini şaxələndirmə səylərinin bir hissəsi olduğunu qeyd edib.

Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan boru qazı tədarükünün artması enerji böhranı fonunda Aİ-yə qaz tədarüklərinin artmasına və qiymətlərin daha da artmasının qarşısını almağa səbəb olub", - komissar deyib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropaya nəqli 2020-ci il dekabrın 31-də başlayıb. Dəhliz vasitəsilə qaz Xəzər regionundan Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə nəql olunur.

Layihənin dəyəri 33 milyard dollar olub. CQD layihəsinə çəkilən əsaslı xərclərinin əvəzinin 8-10 il ərzində tam çıxarılacağı gözlənilir.

2022-ci ilin iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizi ilə tədarüklərin həcmini hazırkı 10 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrədək artırmaq barədə razılığa gəliblər. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31