Enerji sahəsində fəaliyyət hazırda Azərbaycan üçün ən önəmli sahələrdəndir - ÖZƏL

20 oktyabr Azərbaycanda Energetiklər Günü kimi qeyd edilir. Bu gün Azərbaycanın energetika sektoru sürətlə inkişaf edərək təkcə ölkəmiz üçün deyil, eləcə də region, yaxın və uzaq ölkələr üçün potrensial baza rolunu oynayır.
"OLAYLAR"-ın xəbərinə görə, Energetiklər Günü ilə bağlı fikirlərini ifadə edən iqtisadçı Eldəniz Əmirov deyib ki,  enerji sahəsində fəaliyyət hazırda Azərbaycan üçün ən önəmli sahələrdəndir:
"Çünki, bu gün Azərbaycanın iqtisadi həyatını əsas maddi resurslarla təmin edən və ölkənin beynəlxalq aləmdə nüfuzuna xidmət edən əsas amillərdən biri ölkəmizin enerji potensialı və onu reallaşdıranların fəaliyyətidır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31