Enerji sahəsində hədəfimiz artan tələbin təminat təhlükəsizliyini həyata keçirməkdir - Türkiyəli nazir

Enerji sahəsində hədəfimiz artan tələbin təminat təhlükəsizliyini həyata keçirməkdir.

TurkicWorld-ün məlumatına görə, bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

A.Bayraktar onu da qeyd edib ki, həm Qara dəniz, həm də Qabar rayonundakı kəşfləri vacib edən amillərdən biri də xaricdən asılılıqdır.

"Türkiyə enerji sahəsində 70% xaricdən asılıdır. 20 il əvvəl demək olar ki, sıfır olan külək enerjisi bu gün 11 min meqavata çatdırılıb. Neft və təbii qazdan asılılığımızı azaltmaq üçün öz gəmilərimizlə öz dənizlərimizdə kəşflərə başlanılıb", - deyə o, vurğulayıb.

Onun sözlərinə görə, Qabardakı 100 min barellik kəşf Cümhuriyyət tarixindəki ən böyük kəşfdir.

"Orada istehsal sürətlə davam etməkdədir. Hasilat bu günə qədər 20 min barel artırılıb. Türkiyənin, əslində, Qabar kimi bir neçə layihəyə ehtiyacı var", - deyə o əlavə edib.

Xatırladaq ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31