Energetika Nazirliyi elektrik stansiyalarının utilizasiyası şərtlərini müəyyən edəcək
2 Avqust 2023 16:30 EnergetikaEnergetika Nazirliyi layihənin xüsusiyyətlərini nəzərə almaqla, onun həyata keçirilməsi ilə bağlı layihənin istismar müddəti başa çatdıqdan sonra elektrik stansiyasının utilizasiyası şərtlərini müəyyən edəcək.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunan "Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydası"nda əksini tapıb.
Qaydaya əsasən, təminat müddəti başa çatdıqdan sonra istehsalçı ilə elektrik enerjisinin alıcısı arasında münasibətlər elektroenergetika sahəsinə aid normativ hüquqi aktlarla tənzimlənir.
Elektrik stansiyasının utilizasiyası səlahiyyətli orqanla istehsalçı arasında bağlanılan investisiya müqaviləsi ilə müəyyən edilmiş elektrik stansiyasının istismar müddəti başa çatdıqdan sonra həyata keçirilir. Utilizasiya şərtləri həmin müqavilə ilə müəyyən edilir.
Elektrik stansiyasının utilizasiyası istehsalçı tərəfindən təmin edildikdən sonra tərəflər arasında imzalanmış bütün müqavilələr üzrə öhdəliklər (müqavilələrdə nəzərdə tutulan fərqli hallar istisna olmaqla) başa çatmış hesab olunur.