Enerji təhlükəsizliyi sahəsində Azərbaycanla əməkdaşlıq etməyə can atırlar - ÖZƏL
31 İyul 2023 10:20 Energetika"Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi beynəlxalq uğurlar ölkəmizin nüfuzunu, regional və beynəlxalq təsir imkanlarını artırır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri ictimai-siyasi fəal Anar Salehoğlu səsləndirib. O bildirib ki, Rusiya - Ukrayna müharibəsinin ağır nəticələrindən əziyyət çəkən qərb ölkələri ümid yerini Azərbaycanda görürlər: "Məhz buna görə də enerji təhlükəsizliyi sahəsində bizimlə əməkdaşlıq etməyə can atırlar. Artıq əməkdaşlıq mövcuddur və günü-gündən daha da inkişaf etdirilir, sağlamlaşdırılır".
Anar Salehoğlu deyib ki, Prezident bu günlərdə Çinin "China Media Group" media korporasiyasına müsahibə verərkən Şimal - Cənub və Şərq - Qərb nəqliyyat dəhlizlərinin Azərbaycanda kəsişdiyini bildirərək bu istiqamətdə də Azərbaycan - Çin əlaqələrinin inkişafının mümkünlüyünü dilə gətirib: "Zəngəzur Dəhlizinin açılması da düşünürəm ki, bu prosesə töhfə verəcək. Həm tranzit yükdaşımalarında yaranmış müəyyən problemlər aradan qalxacaq həm də bir növ şərqlə - qərbi birləşdirən böyük əhəmiyyətli bir yol işə düşəcək".