Azərbaycan 30 ildir ki, dünya ölkələri ilə enerji sahəsində uğurlu əməkdaşlıq aparır - ÖZƏL
5 İyun 2023 12:48 Energetika"1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin ildə "Əsrin müqaviləsi" imzalandı. Bu hadisə ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Vüqar İsgəndərovun sözlərinə görə, danılmaz faktdır ki, o zamanlar Azərbaycanın rəhbərliyində Heydər Əliyev olmasaydı belə bir ciddi müqavilə heç imzalanmazdı: "Çünki Heydər Əliyev dünyanın qəbul etdiyi dahi bir siyasətçi idi və dünyanın inkişaf etmiş ölkələrinin bir güvəni var idi. O zaman Azərbaycan olduqca riskli bir məkan sayılırdı, müstəqilliyini yeni əldə etmişdi, müstəqilliyimizin 3 yaşı var idi və bir çox insan Azərbaycan haqqında məlumata malik deyildi, hətta harada yerləşdiyini belə bilmirdi və ölkəmiz keçid dövründə idi. Sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı. Dünyanın inkişaf etmiş ölkələrinin Azərbaycana maraq göstərməsi əlbəttə ki, sırf Ulu Öndərin ölkənin başında olmasından qaynaqlanan bir məsələ idi. Ulu öndərin vaxtilə qurub yaratdığı enerji sahəsindəki sistem bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. 30 il ərzində Azərbaycan dünya ölkələri ilə enerji sahəsində uğurlu əməkdaşlıq aparır. Prezident İlham Əliyevin 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "CaspianOil&Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "CaspianPower" sərgilərinin açılışında çıxışı zamanı qeyd etdiyi kimi, bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Avropa İttifaqı ilə Azərbaycan ötən ilin iyulunda enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Memorandum uğurla icra edilir".