Energetiklər arasında şahmat turniri keçirilir
3 İyun 2023 12:16 Energetika"OLAYLAR" xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçirilən turnirdə Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, SOCAR, "Azərenerji" ASC, "Azərişıq" ASC və "Azəristiliktəchizat" ASC iştirak edirlər.
Turnirin təşkilində məqsəd Azərbaycan şahmatının inkişafına böyük diqqət göstərmiş Ulu Öndər Heydər Əliyevin xatirəsinin yad edilməsi, bu intellektual idman növünün təşviqi, əməkdaşların asudə vaxtlarının səmərəli təşkili və kommunikasiyanın artırılması, dövlət qurumları arasında müxtəlif növ idman yarışlarının keçirilməsinə marağın artırılmasıdır.
İki turdan ibarət olan və 30 nəfərin qatıldığı yarışda iştirakçılar fərdi şəkildə mübarizə aparacaqlar.
Şahmat turnirinin final oyunu və mükafatlandırma mərasimi iyunun 10-da keçiriləcək.