Aİ ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması məsələsi Azərbaycana olan marağı daha da artırıb - ÖZƏL

"Bu gün Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması məsələsi Azərbaycana olan marağı daha konkret formalarda ortaya qoyur. Məhz elə bu maraqların da təmin olunması naminə Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış bu yeni reallığa əsaslanır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Leyla Əliyeva səsləndirib. O bildirib ki, yeni reallıq isə, ilk növbədə, möhkəm və davamlı regional sülhün bərqərar olunmasına əməli töhfələr verə biləcək yeni, işlək formatın yaradılmasını tələb edir: "Belə bir format da məhz Prezident İlham Əliyevin son iki ildə keçirdiyi görüşlərin və apardığı danışıqların nəticəsi olaraq yaranıb. Bu gün Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması Avropa İttifaqının qarşısında duran ən vacib məsələlərdən biridir. Daha bir vacib məqam da budur ki, Azərbaycan və Litva Prezidentlərinin keçirdikləri görüşdə bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı fikir mübadiləsi aparılıb. Müəyyən olunub ki, ölkələrimiz bu istiqamətdə də demək olar, paralel şəkildə hərəkət edirlər. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir və yaxın gələcəkdə bu sahədə də dinamik ikitərəfli əməkdaşlıq mümkün olacaqdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31