Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır - ÖZƏL

"Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Avropanın enerji bazarında Azərbaycan qazına tələbat durmadan artır. Ölkəmiz Avropanın qaz bazarında fəaliyyətini daha da genişləndirməyi planlaşdırır". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib. Bildirib ki, Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır: "Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün lazımi addımlar atmaqda davam edir. Bu səylər ölkəmizin dünyada nüfuzunun artmasına da mühüm töhfələr verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31