Azərbaycan, Avropanın  enerji təminatı və təhlükəsizliyi məsələlərində açar rolu oynaya bilər - ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 25-də Bolqarıstan Respublikasına etdiyi işgüzar səfər, Azərbaycan-Bolqarıstan və Azərbaycan-Avropa İttifaqı ələqələrinin inkişafı istiqamətində mühüm əhəmiyyət kəsb edir". Bu fikirləri "OLAYLAR"-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Balkan yarımadası coğrafi və strateji əhəmiyyəti baxımından  Avropaya açılan qapıdır və ölkəmiz yarımada dövlətləri ilə sıx əməkdaşlıq etməklə bərabər, siyasi dayaqlarını da  möhkəmləndirir: "Azərbaycanın enerji potensialı, xüsusilə Xəzər regionun zəngin karbohidrogen ehtiyatları bir çox güclər kimi Avropa İttifaqı dövlətlərini də cəlb edir. Nəzərə alsaq ki, qoca qitənin enerji təlabatı gün keçdikcə artır və bu mənada enerji təhlükəsizliyi məsələləri fonunda coğrafi mövqeyi, təbii ehtiyatları və inkişaf etmiş nəqliyyat-infrastruktur potensialı ilə Azərbaycan, Avropanın  enerji təminatı və təhlükəsizliyi məsələlərində açar rolu oynaya bilər. Bu məqsədlə Sofiyada "Bulqartransqaz" (Bolqarıstan), FGZS (Macarıstan),   "Transgaz" ( Rumıniya), "Eustream" ( Slovakiya) və SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması enerji siyasətində ölkəmiz adına yeni bir səhifənin açılmasıdır". AVP rəsmisi deyib ki, Həmrəylik həlqəsi dediyimiz yeni layihələr Azərbaycana daha çox ittifaq ölkəsinə qaz nəql etmək imkanı qazandıracaq: "Bu da yeni tərəfdaşlar və ölkə iqtisadiyyatının daha da güclənməsi deməkdir. Təbii ki, görülən işlərin memarı ölkə rəhbərimiz, cənab İlham Əliyevdir. Onun uğurlu xarici və enerji siyasəti nəticəsində Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş imici formalaşdırıb. Bizlər bunu əksər dövlət rəhbərləri, nüfuzlu dövlət xadimlərinin ölkəmiz və dövlət başçımızın şəxsinə səsləndirdiyi xoş fikirlərdən müşahidə edirik. Bolqarıstan prezidenti Rumen Radevin və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Kadri Simsonun fikirləri də bu qəbildəndir. Azərbaycan yaranmış geopolitik durumdan məharətlə istifadə etməklə enerji istehsalçısı və daşıyıcısı kimi öz təsir dairəsini genişləndirir, enerji mərkəzi olmaq yolunda inamla irəliləyir. Və buda yeni dünya nizamında ölkəmiz adına daha üstün mövqeyə yüksəlmək imkanları yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31