Azərbaycan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Şurasına üzv seçilib

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Assambleyasının 13-cü Sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan 2023-2024-cü illər üzrə IRENA Şurasına üzv seçilib.

"OLAYLAR"-a Energetika Nazirliyindən verilən xəbərə görə, qurumun Nizamnaməsinə əsasən, Şuranın tərkibi 4 regional qrup üzrə 21 üzvdən ibarət olmaqla formalaşdırılır. Azərbaycanın da yer aldığı qrupa ümumilikdə 52 ölkə daxildir və yalnız 7 ölkə - Azərbaycan, Almaniya, İtaliya, Portuqaliya, İspaniya, ABŞ və Kanada Şuraya üzv seçilib.

Qeyd edək ki, IRENA Şurası qurumun fəaliyyətinin təşkili üzrə bir sıra səlahiyyətlərə malikdir və Assambleya tərəfindən ona həvalə edilmiş funksiyaları həyata keçirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31