Ucqar rayonlarda elektrik enerjisinin təchizatı ilə bağlı problemlər var - Nazir müavini
21 Fevral 2023 12:57 EnergetikaUcqar rayonlarda elektrik enerjisinin təchizatı ilə bağlı problemlər var. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında energetika nazirinin müavini Samir Vəliyev deyib. "Bunun səbəblərindən biri də satışda rəqabətin olmamasıdır. Düşünürəm ki, yeni qanun layihəsi bu istiqamətdə rəqabətli mühit yaradacaq. İslahatların tərkib hissələrindən biri də növbəti mərhələdə satış və paylama sistemində islahatların həyata keçirilməsidir. Bundan sonra ölkəmizdə də Avropada və dünyada mövcud olan bazar mühiti yaradılacaq və bununla dövlət tərəfindən subsidiyalaşma ləğv olunacaq",- deyə nazir müavini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31