BƏƏ-də Azərbaycanla Tunisin enerji əməkdaşlığı müzakirə edilib
17 Yanvar 2023 13:39 EnergetikaEnergetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərində Tunisin sənaye, mədən və energetika naziri Neila Nouira Gongi ilə görüşüb.
"OLAYLAR" xəbər verir ki, görüşdə iki ölkə arasında xam neftin tədarükü və bərpa olunan enerji ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib. SOCAR və STİR (Tunis Dövlət Neft Şirkəti) şirkətləri arasında Azərbaycan və müxtəlif mənşəli xam neft, neft məhsullarının təchizatı üzrə on ildən çox əməkdaşlıq edildiyi qeyd olunub. Tunisli nazir ölkəsində neft emalı məqsədilə keyfiyyətli Azərbaycan xam neftinə ehtiyac olduğunu və neft tədarükü istiqamətdə hər iki ölkənin müvafiq şirkətləri arasında əməkdaşlığı davam etdirmək niyyətini ifadə edib.
Nazir Neila Nouira Gongi isə bərpa olunan enerji və enerji məsələlərinin tənzimləməsində Azərbaycanla təcrübə mübadiləsi üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.