Ötən il respublikada elektrik enerjisi istehsalı 4 faiz artıb
16 Yanvar 2023 13:09 Energetika"OLAYLAR" Energetika Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə 2021-ci ilə nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 785,1 mln. kVt·st artaraq 27 043,3 mln. kVt·st, SES-lərdə 318,5 mln. kVt·st artaraq 1 595,7 mln. kVt·st təşkil edib. Digər mənbələr (KES, GES və BMTZ) üzrə isə elektrik enerjisinin istehsalı 349,5 mln. kVt·st olub. 12 ay ərzində külək elektrik stansiyalarında 83,3 mln. kVt·st, günəş elektrik stansiyalarında 60,9 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 205,3 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
İl ərzində elektrik enerjisinin idxalı 137,1 mln. kVt·st, ixrac isə 3 003,8 mln. kVt·st olub.
2022-ci ilin dekabr ayında isə elektrik enerjisinin istehsalı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 75 mln. kVt·st və ya 5% artaraq 2 724,1 mln. kVt·st olub.
Ay ərzində elektrik enerjisinin idxalı 10,7 mln. kVt·st olmaqla 2021-ci ilin dekabr ayı ilə müqayisədə 0,1 mln. kVt·st, ixrac isə 463 mln. kVt·st olmaqla 2021-ci ilin müvafiq dövrünə nisbətən 177,2 mln. kVt·st artıb.