Türkmənistanla enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
3 Noyabr 2022 12:02 EnergetikaEnergetika naziri Pərviz Şahbazov Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanmammet Elyasov ilə görüşüb.
"OLAYLAR" xəbər verir ki, örüşdə Azərbaycan və Türkmənistan arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb.
"Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun iki ölkə arasında müvafiq sahədə faydalı əməkdaşlıq üçün əhəmiyyətindən bəhs edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31