Energetika naziri “OPEC plus” ölkələri nazirlərinin iclasında iştirak edəcək
4 Oktyabr 2022 12:46 EnergetikaEnergetika naziri Pərviz Şahbazov oktyabrın 5-də keçiriləcək "OPEC plus" ölkələri nazirlərinin 33-cü iclasında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya səfər edib.
Bu barədə "OLAYLAR"-a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbir COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin martından bəri ilk dəfə oflayn rejimdə keçiriləcək.
Qeyd edək ki, Azərbaycan "OPEC plus" razılaşmasının iştirakçısıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31