Cari ilin 6 ayında Energetika Nazirliyi və tabeli qurumlara  3265 müraciət daxil olub

2022-ci ilin 1-ci yarısında Energetika Nazirliyi və tabeli qurumlara 3265 vətəndaş müraciəti daxil olub ki, bunlardan 2377-si müvafiq qaydada icra olunub, 580-i isə icradadır. 308 müraciət məlumat xarakterlidir.

"OLAYLAR"-a Energetika Nazirliyindən daxil olan xəbərə görə, 6 ay ərzində Nazirlik və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 135 vətəndaş qəbulu keçirilib, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Bu dövrdə nazirliyin sosial şəbəkə hesabları vasitəsilə 50 müraciət daxil olub ki, bunlar aidiyyəti üzrə yönləndirilib, sorğu tipli müraciətlər isə birbaşa və ya müvafiq struktur bölmələrin rəyləri əsasında cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31