"Cənub Qaz Dəhlizi" Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır - Brenda Şaffer

"Cənub Qaz Dəhlizi" Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır.

Trend-in məlumatına görə, bunu ABŞ Ali hərbi-dəniz donanma məktəbinin müəllimi Brenda Şaffer Şuşada "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans zamanı deyib.

"Biz çox mürəkkəb iqtisadi dövrə daxil oluruq. Enerji təhlükəsizliynin təmin olunması üzrə layihələr mövcud iqtisadi böhran şəraitində çox vacib rol oynayır və "Cənub Qaz Dəhlizi" bu layihələrdən biridir", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Şuşada "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilir. Tədbirdə beynəlxalq beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər.

Konfrans çərçivəsində "Şuşa - dirçəlişə gedən yol" və "Əməkdaşlıq, imkanlar və çağırışlar" mövzusunda iki panel müzakirələri nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31