Birinci rübdə Azərbaycandan Avropaya 2.6 milyard kubmetr qaz ixrac edilib
26 Aprel 2022 16:29 EnergetikaCari ilin I rübündə Azərbaycandan Türkiyəyə 2.2 milyard kubmetr qaz ixrac edilib.
"OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı energetika naziri Pərviz Şahbazov tvitter hesabında paylaşıb.
Nazir onu da qeyd edib ki, göstərilən müddət ərzində Avropaya ixrac edilən qazın həcmi 2.6 milyard kubmetr, qonşu Gürcüstana ixrac olunan qazın həcmi isə 1.1 milyard kubmetr təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31