"Yaşıl" enerjinin ixracı üzrə əməkdaşlığı müzakirə etdik - Pərviz Şahbazov
8 Aprel 2022 19:32 EnergetikaAzərbaycan və Fransa Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsini müzakirə edib.
Olaylar.az bildirir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz "Twitter" səhifəsində yazıb.
"Fransanın Avropa və Xarici İşlər Nazirliyinin nümayəndələri və "ENGIE"nin vitse-prezidenti Didye Ollo ilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Avropaya "yaşıl" enerjinin ixracı üzrə əməkdaşlığı müzakirə etdik", - nazir bildirib.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi ilə Azərbaycan qazının Avropaua nəqli 2020-ci il dekabrın 31-də başlayıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi TAP vasitəsilə İtaliyaya illik 8 milyard, Yunanıstan və Bolqarıstana hərəyə 1 milyard kubmetr qaz nəql olunacaq.
Bu günədək Avropaya TAP vasitəsilə nəql olunan Azərbaycan qazının həcmi 10,9 milyard kubmetrə çatıb.