Şahdəniz yatağından əldə edilən gəlirlər 4 779 milyon dollar olub

2001-ci ildən cari ilin mart ayının 1-nə qədər olan müddətdə Azəri-Çıraq-Günəşli yatağı üzrə əldə olunan ümumi gəlirlər  156 680 milyon dollar təşkil edib.

"OLAYLAR"-a Dövlət Neft Fondundan verilən xəbərə görə. 2007-ci ildən etibarən bu il martın 1-nə qədər olan müddətdə Şahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər  isə 4 779 milyon dollar olub.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər cari ilin yanvar ayının 1-dın martın 1-dək olan tarixdə  22,172 milyon dollar təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31