Hökümətdən təbii qazla bağlı VACİB QƏRAR: Yanvarın 1-dən ETİBARƏN…

Nazirlər Kabineti "Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında" qərarında dəyişiklik edib.

Olaylar.az xəbər verir ki, qərar daxili bazarda təbii qazın alqı-satqı əməliyyatlarını optimallaşdırmaq və bununla bağlı səmərəli idarəetməni təmin etmək məqsədi daşıyır.

Müəyyən edilib ki, bu fəaliyyət üzrə "Azərkontrakt" ASC-nin illik dövriyyəsinin 0,5 faizinədək məbləğdə vəsait onun idarəetmə xərclərinə, o cümlədən maddi-texniki bazasının təkmilləşdirilməsinə, işçilərin əməyinin ödənilməsinə və digər formada maddi həvəsləndirilməsi məqsədlərinə, habelə ölkədə qaz təchizatı ilə əlaqəli proqnoz xarakterli tədqiqatların aparılmasına və müvafiq təkliflərin hazırlanmasına yönəldilir.

(Kiam)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31