Azərbaycanla əməkdaşlığımız davam edəcək - Haluk Kalyoncu
22 Dekabr 2021 15:50 EnergetikaYenilənəbilən enerji sahəsinə investiya yatıran Azərbaycanla əməkdaşlığımız davam edəcək.
Olaylar.az xəbər verir ki, bunu Azərbaycan - Türkiyə 1-ci Enerji Forumunda çıxışı zamanı Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Enerji Şurasının rəhbəri Haluk Kalyoncu deyib.
O qeyd edib ki, Azərbaycanla olan qanbağımızdan yaranan münasibətlərimizin iqtisadiyyat sahədə də davam etdirilməsi göz qabağındadır. "
Bu forumu təşkil edən Azərbaycana təşəkkür edirik. Çünki indi keçirilən və hər il keçirilməyə davam edəcək bu forum özəl sektor üçün çox faydalı olacaq", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31