Şuşadakı istilik qazanxanaları mövsümə tam hazırdır

 Şuşa şəhərinin bir sıra obyektlərinin istilik mövsümündə isitmə və isti su ilə təmin edilməsi üçün qazanxanaların, binadaxili sistemlərin layihələndirilməsi, tikintisi və quraşdırılması vəziyyətinin yoxlanılması məqsədilə energetika naziri Pərviz Şahbazov Şuşaya səfər edib.

"OLAYLAR" Energetika Nazirliyinə istinadən xəbər verir ki, nazir Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və digər nümayəndələrlə birgə Şuşanın qış fəslinə hazırlığı çərçivəsində "Azəristiliktəchizat" ASC-nin istilik qazanxanalarına baxış keçirib, görülən işlərlə tanış olub.

Qeyd edək ki, Şuşa şəhərində müvafiq istilik qazanxanaları bu gündən etibarən qış mövsümünə tam hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31