Bərpa olunan enerji mənbələrindən istifadəyə dair yeni qanun qəbul edilib

Milli Məclis bərpa olunan enerji mənbələrindən istifadəyə dair yeni qanun layihəsini qəbul edib.

Milli Məclis bərpa olunan enerji mənbələrindən istifadəyə dair yeni qanun layihəsini qəbul edib. "Olaylar" xəbər verir ki, Milli Məclisin yaz sessiyasının bu gün keçirilən plenar iclasında "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" yeni qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Yeni qanun layihəsi Prezident İlham Əliyevin 29 may 2019-ci il tarixli Sərəncamından irəli gələrək hazırlanıb. Sənəddə bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin qiymətlərinin (tarifləri) müəyyənləşdirilməsi qaydası müəyyənləşib. Layihəyə əsasən, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin qiymətləri (tarifləri) elektrik şəbəkəsinə ötürülən elektrik enerjisinin hər kilovatt-saatı üçün hesablanır. Ölçmələrə, ölçü cihazlarına dair tələblər "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu, elektrik şəbəkəsinə ötürülən elektrik enerjisinə görə hesablaşma, ödənilmə şərtləri və ödəniş müddəti tərəflər arasında bağlanılmış müqavilələrlə müəyyənləşdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31